"Sonata" ilə "07" toqquşdu: 18 yaşlı sürücü öldü, 6 yaralı

Day.Az представляет новость на азербайджанском языке

---------
15:33

Ağdaş rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. 

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 13:00 radələrində rayonun Pirəzə kəndi ərazisində qeydə alınıb. Rayonun Qaraoğlan kənd sakini, 1999-cu il təvəllüdlü Məmmədov Tural Xaləddin oğlunun idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə qarşı tərəfdən gələn Qəbələ rayonu Vəndam qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rəşidov Elşən Əlisahib oğlunun idarə etdiyi "Hyundai-Sonata" markalı minik avtomobili toqquşub.

Hadisə zamanı "VAZ 2107"nin sürücüsü Turan Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun sərnişinləri, Qaraoğlan kənd sakinləri - 2003-cü il təvəllüdlü Behdubov Elgün Əlövsət oğlu, 2001-ci il təvəllüdlü Məmmədov Elsevər Fəxrəddin oğlu, 1997-ci il təvəllüdlü Bayramov Şükür Zərdabi oğlu, 2000-ci il təvəllüdlü Bayramov Sübhan Əziz oğlu, 1999-cu il təvəllüdlü Məmmədov Valeh Veysəl oğlu, Qəbələ rayon sakini, 1978-ci il təvəllüdlü Rəşidov Elşən Əlisahib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

----------
14:57

Ağdaşda yol qəzası baş verib.

Day.Az-ın report-a istinadən xəbərinə görə, hadisə rayonun Pirəzə və Ağzıbir kəndləri arasında qeydə alınıb.

Həmin ərazidə "Hyundai-Sonata " və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəsarət alanlardan biri dünyasını dəyişib.
Məlumata əsasən, "VAZ-2107" markalı avtomobilin sürücüsü, Ağdaş rayonunun Qaraoğlan kənd sakini 17 yaşlı Məmmədov Turan Xaləddin oğlu qəza zamanı aldığı xəsarətlərdən ölüb.

Həkimlər digər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Xəsarət alan şəxslərin hamsı Ağdaş rayonunun Qaraoğlan kənd sakinləridir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.