Bakıda kafedə yanğın olub

Day.Az представляет новость на азербайджанском языке

Bakının Qaradağ rayonunda yanğın hadisəsi baş verib.

Milli.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan kafenin tavanı 2 m2 sahədə yanıb.

 

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.