Xalq artisti dəfn olundu

Day.Az представляет новость на азербайджанском языке

----------
14:54

Opera və Balet Teatrının solisti, Azərbaycanın xalq artisti Qəndab Quliyeva dəfn olunub.

Day.Az axşam.az-a istinadən bildirir ki, xalq artisti "Təzəpir" məscidində təşkil olunan vida mərasimindən sonra Binə kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, xalq artisti dünən 67 yaşında dünyasını dəyişib. Həkimlər ona ürək, böyrək çatışmazlığı və ağ ciyərin sətəlcəmi diaqnozu qoymuşdu.

----------
14:16

Bu gün dünyasını dəyişən xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçirilib.

Day.Az axşam.az-a istinadən bildirir ki, Təzə Pir məscidində keçirilən mərasimdə xalq artistinin yaxınları, sənət dostları iştirak edib.

Qeyd edək ki, bir neçə dəfə insult keçirən xalq artistinin vəziyyəti bu ilin fevral ayından ağırlaşmışdı. Bir neçə gündür Respublika Diaqnostika Mərkəzinə yerləşdirilən xanəndənin bu sabah vəziyyəti pisləşdiyindən həkimlər onu süni nəfəs aparatına qoşmuşdular. Vəziyyətində heç bir irəliləyiş olmayınca, həkimlər Q.Quliyevanın ailə üzvlərinə  onu evə aparmağı məsləhət görüblər. Xalq artisti xəstəxanadan çıxandan sonra dünyasını dəyişib.

---------
12:38

"Təzəpir" məscidində Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva ilə vida mərasimi keçirilir.

Day.Az-ın APA-ya istinadən xəbərinə görə, vida mərasimində mərhumun yaxınları, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edir. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.

Qeyd edək ki, Q. Quliyeva iyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiyası bölməsinə yerləşdirilib. Ona ürək çatışmazlığı və xroniki böyrək çatışmazlığı diaqnozu qoyulub. Xalq artisti iyunun 26-da xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib.

Qəndab Həbib qızı Quliyeva 1949-cu ildə Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində, daha sonra Azərbaycan Dövlət İncəsənət Universitetində təhsil alıb. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Teatrın səhnəsində Leyli ("Leyli-Məcnun"),  Əsli ("Əsli və Kərəm"), Ərəbzəngi ("Şah İsmayıl"), Şahsənəm ("Aşıq Qərib"), Gülbahar ("Gəlin qayası"), Xanəndə qız ("Vaqif") rollarını yaradıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.