Argentinalı fanat: "Bakı sadəcə yaxşı şəhər deyil, o, möhtəşəmdir"

Day.Az представляет новость на азербайджанском языке

"Bakı möhtəşəmdir".

Bunu Milli.Az-a açıqlamasında Bakıya 2017 Formula 1 yarışları üzrə Azərbaycan Qran Prisini izləməyə Argentinadan gəlmiş və özünü Migel Sançes kimi təqdim edən turist deyib.

Argentinalının sözlərinə görə, paytaxt Bakı və buradakı Formula 1 trası onun çox xoşuna gəlir: "Bura çox xoşuma gəldi. Bakı möhtəşəm şəhərdir. Trasa isə söz ola bilməz. Mən zövq aldım. Buradakı bulvar da çox gözəldir, istirahət və dincəlmək üçün əla yerdir. Mən Argentinadan gəlmişəm, rus və ingilis dilini bilmirəm, amma insanlarınızla çox yaxşı dil tapa, anlaşa bilirik. Şəhəriniz çox qonaqpərvər, insanlarınız mehribandır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.