Mərdəkanda Ramazan bayramına həsr olunmuş konsert

Day.Az представляет новость на азербайджанском языке

İyunun 25-də Mərdəkan Mədəniyyət Sarayında Azərbaycan Televiziyası, "Mədəniyyət" kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə Ramazan bayramına həsr olunmuş konsert keçirilib.

Milli.Az xəbər verir ki, konsertdə xalq Artisti Aftandil İsrafilov, Əməkdar artistlər Gülüstan Əliyeva, Almaz Orucova, Təyyar Bayramov, ifaçılar Aytən Məhərrəmova, Vəfa Vəzirova, Hüseyn Məlikov, Aşıq Samirə, Aşıq Əli Tapdıqoğlu, Cabir Abdullayev, həmçinin Azərbaycan Televiziyasının solistləri Məmməd Nəcəfov, Almaxanım Əhmədli, Rəvanə Əmiraslanlı, Pərviz Qasımov, Nurlan Namazov, Valid Abdullayev, Səma Sultanova ,"Şirvan" folklor ansamblı və başqaları çıxış ediblər. İfaçıları Əməkdar Artist Sahib Paşazadənin bədii rəhbərliyi ilə "Muğam" instrumental ansamblı müşayiət edib.
Çıxış edənlər Mərdəkan sakinlərini, eləcə də bütün xalqımızı Ramazan bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar. Konsertdə xalq mahnıları, muğamlar və bəstəkar mahnıları ifa olunub. Bayram konserti VI Muğam Televiziya Müabiqəsinin iştirakçılarının ifasında "Qarabağ şikəstəsi" ilə yekunlaşıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.