Nyu-Yorkda metro qəzası: 2 vaqon relsdən çıxdı, 34 yaralı

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-ın Nyu-York şəhərində metropolitendə iki qatarın relsdən çıxması nəticəsində 34 nəfər xəsarət alıb.

Milli.Az ABC News-a istinadən bildirir ki, xəsarət alanların əksəriyyəti tüstüdən zəhərlənib. Onların durumu kritik deyil.

İki vaqonun relsdən çıxmasının səbəbi metroda elektrik təminatı sistemində qəza olması və qatarın qəflətən dayanmasıdır.

New York Times-ın məlumatına görə, insident şəhərin Harlem səmtindəki 135-ci və 125-ci küçələr arasındakı A marşrutunda baş verib. Cənub istiqamətdə hərəkət edən qatarın iki vaqonu relsdən çıxaraq tunelin divarına dəyib.

Olay yerindəki 800 sərnişinin təlxiyyəsi 2 saat davam edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.