Sağlamlığa faydalı sobada kartof

Day.Az представляет новость на азербайджанском языке

Çipsi sevənlər, evdə daha sağlıqlı sevimli təamınızı hazırlaya bilərsiniz.

Metbuat.az xəbər verir ki, evdə hazırlayacağınız ədviyyatlı kartof sağlamlığa ziyan vurmur. Yeməyin hazırlanma qaydasını təqdim edirik:

Tərkibi:

5 ədəd orta boy kartof

2 yemək qaşığı zeytun yağı

1 çay qaşığı toz qırmızı bibər

1 çay qaşığı kəklikotu

2 budaq rozmarin

2 diş süzgəcdən keçirilmiş sarımsaq

1 çay qaşığı duz

Servisi üçün:

4 budaq təzə keşniş

QEYD: Kartofları siniyə tək qat olaraq düzün.

Hazırlanması:

Kartofu alma dilimi formasında kəsin və geniş bir qaba alın. Zeytun yağı, toz qırmızı bibər, süzgəcdən keçirilmiş sarımsaq və duz əlavə edib qarışdırın. Siniyə yağlı kağız qoyub ədviyyatlı kartofları yayın. Öncədən 200 dərəcədə qızdırılmış sobada 25-30 dəqiqə qızarana qədər bişirin. Kartof bişdikdən sonra istədiyiniz formada servis edə toyuq və katletlə də yeyə bilərsiniz.

Nuş olsun!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.