Fatma Mahmudova: "Elə bilirlər ki, başım keçəldir" Xalq artisti Fatma Mahmudova parikdən istifadə etməyinin səbəbini açıqlayıb. Milli.Az-a açıqlama verən aktrisa bunları bildirib: "Bəzən salona getməyə vaxtım olmur. Çünki bütün günü çəkilişlərdə oluram, ora-bura qaçıram. Həm də kosmetikanı çox sevmirəm. Evdə olanda sadə makiyaj ilə kifayətlənirəm. Ona görə də parikdən çox istifadə edirəm. Bəziləri elə bilir ki, başım keçəldir deyə parikdən istifadə edirəm. Amma şükür Allaha heç bir xəstəliyim yoxdur" .