Şəkidə iki nəfər "VAZ-2106" markalı avtomobillə vurulub

Day.Az представляет новость на азербайджанском языке

3 qəza həm mala, həm də cana ziyan vurdu.

Day.Az ARB TV-yə istinadla xəbər verir ki, iyunun 28-də saat 23:30 radələrində Şəki şəhər sakinləri - 35 yaşlı təvəllüdlü Elnur Rəsulov və 36 yaşlı Anar Muradov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Məlum olub ki, Elnur Rəsulov Qoxmuq çayı üzərindəki körpüdə xarab olub qalan və özünə məxsus minik avtomobilini Anar Muradovla birlikdə təmir edən zaman yoldan keçən avtomobil onları vurub və hadisə yerindən qaçıb.

Bakının Nəsimi rayonunda da qəza olub.

Ruslan Qarayev idarə etdiyi taksi ilə Abbasqulu ağa Bakıxanov küçəsi ilə hərəkət edən zaman işıqforun sarı işığına məhəl qoymayaraq yolu keçib.

Nəticədə avtomobil Azadlıq prospekti ilə hərəkətdə olan Azsamand markalı nəqliyyat vasitəsilə toqquşub. Zərbənin təsirindən Azsamand işıqfora, London taksisi yol nişanına, sonra isə ağaca çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb. Əraziyı yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Avtomobillər cərimə meydançasına aparılıb.

Daha bir qəza Qubanın Zərdabi qəsəbəsində qeydə alınıb.

Xaçmaz istiqamətində hərəkətdə olan Opel markalı avtomobil idarə etməni itirərək yoldan çıxıb, nəticədə avtomobil aşıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Hadisə baş verən ərazidə bir müddətdir ki, tikinti işləri aparılır.

İlkin ehtimala görə hadisəyə yüksək sürət səbəb olub. Zərbənin təsirindən yolun kənarındakı bir neçə ağac kökündən çıxıb.

Faktlarla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
3 qəza həm mala, həm də cana ziyan vurdu