"Mercedes"in geri çağırdığı avtomobillər Azərbaycana gətirilib? - AÇIQLAMA

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycana sükan mexanizmində qüsurlar olan "Mercedes-Benz" avtomobilləri gətirilməyib.

Milli.Az bildirir ki, bunu Trend-ə "Daimler AG" şirkətinin "Mercedes" avtomobilləri üzrə baş nümayəndəliyi "AvtoKapital Azərbaycan" MMC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, sifarişlərdən asılı olaraq hər ölkəyə müxtəlif partiya avtomobillər tədarük edilir:

"Azərbaycana bu partiyalardan avtomobil gətirilməyib, ona görə də "Mercedes" markalı avtomobillərin geri çağırılması gözlənilmir".

Qeyd edək ki, "Mercedes-Benz" şirkəti sükan mexanizmində qeydə alınan qüsurlarla əlaqədar Rusiyadan 3500-ə yaxın avtomobili geri çağırıb.

Geri çağırılma 2012-ci ildə satılan C sinif və 2013-14-cü illərdə satılan G sinif avtomobillərə şamil olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.