Şahmatçımız Türkiyədə birinci oldu

Day.Az представляет статью на азербайджанском языке:

Şəki şahmatında bir ilk yaşanıb. "KANAL S" (Region TV) xəbər verir ki, 9 yaşlı şahmatçımız Türkiyədə Azərbaycan bayrağını qaldırb, himnini səsləndirib. Süleyman Süleymanlının bu uğuruna qardaş ölkə mətbuatında da geniş yer verilib.
 

Şəki şahmat məktəbinin yetirməsi Süleyman Süleymanlı Türkiyədə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Ümumilikdə 680 nəfər şahmtaçının mübarizə apardığı turnirdə Süleyman 9 yaşlı oğlanlar arasında yarışıb. Bu yaş qrupunda 120 zəka sahibi qüvvəsini sınayıb. 9 oyun keçirən Süleyman onlardan 7-sini qələbə ilə başa vurub və mötəbər turnirdə Azərbaycanın yeganə qızıl medalını qazanıb. Süleymanın bu uğuru Şəki ilə qardaşlaşmış şəhər olan Konyanın mətbuatında geniş yer verib. Yerli mətbuatda "qardaş şəhərin çempionu" adlı məqalə dərc edilib.
 

Süleymanın bu uğuru heç də təsadüfi deyil. Belə ki, bundan öncə Azərbaycan çempionatının qalibi, həmçinin dünya çempionatında 3-cü yer qazanan gənc zəka sahibindən məşqçiləri medal gözləyirdilər.

Sonda onu da qeyd edək ki, bu uğurdan sonra Süleyman gələn il keçiriləcək dünya çempionatına vəsiqəni özü üçün təmin edib.
 

Milli.Az