Bakıda qatil-sürücüyə hökm oxundu

Day.Az представляет новость на азербайджанском языке.


Bakı Ağır Cinayətlər Məhkəməsində ağır yol nəqliyyat hadisəsi nəticəsində bir nəfərin ölümündə təqsirli bilinən paytaxt sakini Emin Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
 

Day.Aza məhkəmədən verilən məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Emin Quliyev 2 il 6 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.
 

İttihama görə, ötən ilin oktyabrın 8-də, saat 21:10 radələrində Bakının Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Emin Quliyev "Volksvagen" markalı avtomaşını idarə edərkən onu yolun kənarında saxlanılan ZİL markalı avtomaşına vurub.
 

Nəticədə "ZİL" markalı avtomaşının yaxınlığında dayanan sürücüsü Amil Əliyev hadisə yerində ölüb. Xəsarət alan Emin Quliyevə vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.
 

Istintaq araşdırmaları zamanı müəyyən edilib ki, Emin Quliyev ağır yol qəzasının törədilməsində günahkar olub. Buna görə də onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.