Mingəçevirdə 18 yaşlı yeniyetmə bıçaqlanıb

Day.Az представляет новость на азербайджанском языке.


Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Mingəçevirdə 18 yaşlı yeniyetmə bıçaqlanıb. Nəriman Nərimanov küçəsi ev 44, mənzil 42-də yaşayan 1995-ci il təvəllüdlü Sultanov Nahid Mahir oğlu gecə saatarında yaşadığı binada naməlum şəraitdə bıçaqlanıb. Zərərçəkən döş qəfəsindən bıçaq yarası alıb.

Xoşbəxtlikdən, onu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırmaq mümkün olub. Hazırda xəstənin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları heç bir məlumat yaymayıb.

Məlumatlara görə isə zərərçəkən Sultanov Nahid Mahir oğlu baş vermiş hadisə ilə bağlı ifadə verməkdən boyun qaçırır.