Tərtərdə kəlbəcərli oğru ələ keçib

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının düşdüyü iz, asayiş keşikçilərini çoxsaylı oğurluq əməli törətmiş Kəlbəcər sakinlərinin ünvanına gətirib.

Kəlbəcər rayonundan məcburi köçkün düşüb Goranboyun Qaradağlı kəndində məskunlaşan Zamanov Yaşar Sahib oğlu və qardaşı Nadir sonuncu dəfə törətdikləri qoyun oğurluğu ilə özlərini ifşa ediblər. Tərtərin Mamırlı kənd sakininin qoyununa göz dikib oğurlaya bilsələr də, amma izlərini itirə bilməyən qardaşlar, necə deyərlər, ilişiblər...

İstintaq zamanıı məlum olub ki, Yaşar və Nadir Zamanovlar uzaq rayonlara da dırnaqarası işgüzar səfərə gediblər. Bir neçə maddə ilə ittiham olunan Zamanovlar öz övladlarını və əzizlərini bir neçə il gözüyaşlı qoymalı olacaqlar.