Bakıda qız üstündə kütləvi dava
Day.Az представляет новость на азербайджанском языке.

Metronun "Neftçilər" stansiyası yaxınlığında "Ledi Şarm" geyim mağazasında yaranan mübahisə kütləvi davaya səbəb olub.

Milli.Az-ın məlumatına görə, bu barədə axar.az xəbər verib.

Verilən məlumata görə, müştəri satıcı qıza söz atıb və mübahisə yaranıb. Mübahisə əlbəyaxa dava ilə nəticələnib və müştərini döyüblər. O da öz növbəsində, hadisə yerinə tanışlarını çağırıb və dava daha da böyüyüb. Dostunun köməyinə gələnlər mağazanın administratorunu döyüb, başını-gözünü partladıb, mühafizəçinin isə ona dəyən zərbədən ürəyi gedib, dükanda işləyən dərzi də döyülüb.

Yaxınlıqda isə bir minik maşını dava zamanı təpiklərdən zədələnib.

Polis hadisə yerinə gələndə mağaza işçilərini döyənlər aradan çıxıblar. Məlumata görə, mağazada çalışanlar ciddi şəkildə xəsarət alıblar.