Bakıda başı kəsilən qız məmur övladı imiş
Day.Az представляет новость на азербайджанском языке.

Bakıda bacısı tərəfindən qətlə yetirələn 19 yaşlı qızın meyiti Şəkiyə aparılıb.

Teleqraf.com xəbər verir ki, Günel Nuriyeva bu gün Şəkidə dəfin olunacaq.

Məlumata görə, Günel Nuriyevanın atası Etibar Nuriyev 2004-2009-cu illərdə Şəki şəhər Bələdiyyəsinin sədri olub.

Hazırda Etibar Nuriyev bələdiyyədə torpaq şöbəsinin müdiri vəzifəsində çalışır.

Etibar Nuriyev "Şərq Şirniyyatı" ASC-nin sədr müavini olub. Bundan əlavə o, "Marxal" istirahət mərkəzində mühasib vəzifəsində də çalışıb.

Qeyd edək ki, hadisə oktyabrın 22-də Xətai rayonu Xudu Məmmədov küçəsində baş verib. Günel Nuriyeva bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirilib. Pərvanə bacısının başını kəsərək öldürüb.
Günel Nuriyeva Asəf Zeynallı adına Musiqi Məktəbində 1-ci kursda təhsil alıb.