Ölən kişinin evini yardılar - FOTO
Day.Az представляет новость на азербайджанском языке.

Ötən gecə ölən kişinin evi yarılıb. Oğurluq hadisəsi Xaçmazda baş verib.

Milli.Az bildirir ki, anspress-in verdiyi məlumata görə, Cavanşir Ağakişiyev Xaçmaz şəhərinin Cavanşir küçəsində yaşayıb.

Ailəsi vəfat edən şəxsin cümə axşamını keçirmək üçün onun ata yurdu - Xaçmazın Hacıabdurəhmanoba kəndinə gediblər. Hadisə də bütün ailə üzvləri evdə olmayanda baş verib.

Evə girən naməlum şəxs və ya şəxslər mərhumun yataq otağından 4500-5000 manat dəyərində qızıl-zinət əşyası oğurlayıb.

Bu barədə ev sahiblərinə isə pəncərənin açıq olduğunu görən qonşusu zəng edərək məlumat verib. Evlərinin alt-üst edildiyini görən mənzil sahibləri dərhal polisə müraciət ediblər.

Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətovun verdiyi məlumata görə, oğrunun tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, ailə 4 ay öncə toy edərək evə gəlin gətirib. Soyğunçular gəlinin otağını da alt-üst etsələr də, orada heç nə tapa bilməyiblər. Belə ki, 4 ay gəlin gələn qadın cümə axşamına getdiyi üçün öz zinət əşyalarını atası evinə qoymuş olub.

Böyütmək üçün şəkillərə klikləyin: