70 yaşlı kişini öldürən həbs olundu

Day.Az представляет новость на азербайджанском языке:

Ötən gün Qusar rayonunda qətl törətməkdən şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonunun Çiləgir kəndində Bakı şəhər sakini, 1945-ci il təvəllüdlü 1945-ci il təvəllüdü Ramiz Gülməmməd oğlu Verdiyevi odlu silahla qətlə yetirməkdə təqsirləndirilən 1967-ci il təvəllüdü Eynullah Cahangir oğlu Hacıyev hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat zamanı tutulub.

Qeyd edək ki, o, hadisəni törətdikdən sonra qaçmışdı. E. Hacıyev qətl törətdiyi evin gözətçisi olub. Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.