35 yaşlı kişi bıçaqlandı

Day.Az представляет новость на азербайджанском языке:

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xəqani küçəsi 19-da qeydə alınıb.

Şərur rayon sakini, 1962-ci il təvəllüdlü Tofiq Hüseynov aralarında yaranan münaqişə zəminində Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Vüqar Vahid oğlu Əsədovu bıçaqlayıb. V.Əsədov ağır bədən xəsarəti ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində T.Hüseynov tutulub.