Evində kirayə qalan həmkəndlisini güllələdi

Day.Az представляет новость на азербайджанском языке:

Neftçala sakini evində kirayə qalan həmkəndlisini güllələyib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gecə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Axundov Amil Abdulalı oğlu həmkəndlisi, 1971-ci il təvəllüdlü Əsgərov Züriyyət Baba oğlunu şəxsi münaqişə zəminində ov tüfəngi ilə güllələyib. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı əməliyyat olunub. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Zərərçəkən şəxsin bacısı deyib ki, hadisəyə Amil Axundovun evində kirayənişin kimi qalan Züriyyət Əsgərovun elektrik enerjisinin istifadəsinə görə yaranmış 200 manat borcu ödəməməsi səbəb olub. A.Axundov həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.