Bakıda evdən seyf oğurlandı: 100 min dollar içində - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке:

---------
14:46

Bakıda külli-miqdarda pul oğurlanan cinayətin üstü açılıb.

"Qafqazinfo"nun Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, iyulun 26-da Bakı şəhər sakini Şəhla Əhmədovanın yaşadığı evdən içərisində 40000 manat və 20000 ABŞ dolları, habelə 50000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlanıb.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Tərtər rayon sakini, əvvəllər məhkum olunan Tural Əzizov tutulub.


---------
13:25

Bakının Nərimanov rayonunda mənzildən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyf oğurlanıb.

"Report"un xəbərinə görə, Şəhla Əhmədovaya məxsus mənzildən oğurlanmış seyfdə 40 min manat, 20 min ABŞ dolları və 50 min manatlıq qızıl olub.
 

Nərimanov Rayon Polis İdarəsi (RPİ) 18-ci Polis Bölməsi (PB) əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini Tural Əzizovu saxlayıb.
 

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.