https://news.day.az/culture/402871.html
Yevlaxda Muzey işçiləri bayram etdi
Day.Az представляет новость на азербайджанском языке.
Milli.Az EL TV-yə istinadən xəbər verir ki, Yevlaxda fəaliyyət göstərən Tarix Diyarşünaslıq muzeyinin işçiləri Muzey Gününü qeyd ediblər. Tədbirə 4 saylı məktəbin müəllim və şagird kollektivi, mədəniyyət şöbəsinin nümayəndələri qatılıblar.
Muzeyin direktoru Aygün Qasımova çıxış edərək, dövlət tərəfindən muzeylərə və muzey işçilərinə göstərilən diqqətdən danışıb. O bildirib ki, muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeyləri də, o cümlədən Yevlax Tarix Diyarşünaslıq muzeyi də bu baxımdan çox böyük işlər görüb.
Tədbirdə çıxış edən natiqlər şagirdlərə mütəmadi olaraq muzeyə baş çəkməyi və tariximizi unutmamağı tövsiyə ediblər. 4 saylı məktəbin şagirdləri isə muzey işçilərinə öz təbrik paylarını şeir vasitəsilə çatdırıblar. Daha sonra qonaqlar muzeyə baxış keçiriblər. Muzeyin ekskursantları qonaqlara eksponatlar barədə məlumat verib.

Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре