Azərbaycan “Çodari Xayol” Kukla Teatrları Festivalına qatılmışdır

Day.Az представляет новость на азербайджанском языке.

Tacikistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə cari ilin 15-22 aprel tarixlərində Düşənbə şəhərində keçirilən ənənəvi "Çodari Xayol" Beynəlxalq Kukla Teatrları Festivalı öz işinə başlamışdır.
 

Festivalda 10 ölkənin - Tacikistan, İran, Türkiyə, Fransa, Rusiya, İspaniya, Belarus, Azərbaycan, Qırğızıstan, Qazaxıstanın kukla qruplarının ən yaxşı tamaşaları göstəriləcəkdir. Tamaşalar tacik, rus və digər dillərdə təqdim olunur.

Festival çərçivəsində aprel ayının 19-da "Kukla teatrlarının problemləri" konfransının keçirilməsi planlaşdırılmışdır.
 

Festivalda ölkəmizi Məhəmmədtağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı təmsil edir. Azərbaycanın xalq artisti Yasəmən xanım Ramazanovanın rəhbərliyi ilə Düşənbəyə gələn 13 nəfərlik teatr qrupu aprel ayının 21-də dünya şöhrətli bəstəkar Ü.Hacıbəylinin "Arşın mal alan" əsərini tamaşaçılara təqdim edəcəklər.