Bakı Bələdiyyə Teatrı gündəmə gəlib

Day.Az представляет новость на азербайджанском языке.

Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya Pənahova mətbuatın gündəmindən düşmək bilmir
 

Son vaxtlar görkəmindəki dəyişikliklərlə diqqətləri üzərinə çəkən xalq artistinin bu dəfə rəhbərlik etdiyi teatrın aktrisası, əməkdar artist Firəngiz Babayeva ilə arasında münasibətlərin gərginləşdiyi bildirilir. Qeyd olunur ki, aktrisalar arasında yaranan gərginliyin səbəbi Firəngiz Babayevanın bir neçə ay öncə truppa müdiri vəzifəsindən kənarlaşdırılmasıdır.

Elə həmin vaxtlardan gərginləşən münasibətlər hazırda son həddə çatıb və Babayeva teatrdan getmək fikrindədir. Milli.Az xəbər verir ki, aznews.az məsələ ilə bağlı aktrisa Firəngiz Babayeva ilə əlaqə saxlayıb. Əməkdar artist sayta açıqlamasında bildirib ki, teatrdan uzaqlaşmaq fikri yoxdur və Amaliya Pənahova ilə münasibətləri qaydasındadır:

"Xahiş edirəm, bu barədə heç nə yazmayın. Sadəcə, truppa müdiri məsulliyyətli iş idi. Gərək bütün gün teatrda olaydım. Mən də seriallara çəkilirəm, başqa işlərim olur. Qızım da pullu universitetdə oxuyur. Ona görə də əlavə gəlir mütləq vacibdir. Həm də aktrisa kimi seriallara, filmlərə çəkilməyim lazımdır. Hazırda mənim əvəzimə truppa müdiri vəzifəsində Zemfira adlı bir xanım çalışır".

Milli.Az