Tanınmış müğənni: “Ömürlük kor ola bilərəm”

Day.Az представляет новость на азербайджанском языке.

Tanınmış müğənni, əməkdar artist Kəmalə Rəhimlinin səhhəti ağırlaşıb.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, müğənni bildirib ki, gözündə qalaukoma (qara su) xəstəliyi var:

"Səhhətimdə heç bir irəliləyiş yoxdur, əksinə, geriləmə var. Gözümdə qara su xəstəliyi və şəkərim olduğuna görə əməliyyat etdirmək də olmaz. Ömürlük kor ola bilərəm. Sənət yoldaşlarımdan - xalq artisti Ceyran Haşımova, əməkdar artistlər Rəhilə Bəndəliyeva, Ədilə Əflaki zəng vurub maraqlanırlar".

K.Rəhimli bildirib ki, indiyə kimi Mədəniyyət və Turizm Nazirliyindən heç kim onun səhhəti ilə maraqlanmayıb: "Mən heç işləməmişəm ki, xidmətim, əzab-əziyyətim olmayıb. Nə olar, eybi yox. Göydə Allah var, hər şeyi görür. Nazirlikdən narazılığım olacaq da. Kim istəyər ki, işlədiyi illər hədər getsin, qiymətləndirilməsin? Ola bilər, nazirlikdəkilərin işləri çoxdur. Mənə elə gəlir ki, turizmə daha çox diqqət yetirdiklərindən mədəniyyətə ayırmağa vaxtları yoxdur. Başları turizmə qarışıb. Onlara işlərində uğurlar arzu edirəm. Xəstə olmasam, vallah gedib bir işdə işləyərəm. Dərmanı ovucla atıram".

Qeyd edək ki, Kəmalə Rəhimli uzun müddətdir bir neçə xəstəlikdən əziyyət çəkir.