Müasir İncəsənət Müzeyində italyan sərgisi açılacaq

26 aprel tarixində Müasir İncəsənət Müzeyində "Kapri Trend. Kapri-İtaliyadan səyyar foto sərgi" adlı italyan sərgisi açılacaqdır.

Kapri Fondu Heydər Əliyev Fondu və Müasir İncəsənət Muzeyi ilə əməkdaşlığı haqqında xəbər verməyə çox şaddır.

Kapri Fondu 2009-cu ildə sahibkarlar qrupu və yerli hökümət orqanları tərəfindən Kapri adasının inkişafı məqsədilə yaradılmışdı. Beş illik aktiv fəaliiyətdən sonra mədəniyyət, müasir incəsənət, müasir fotoqrafiya, müasir rəqslərə həsr olunmuş tədbirlər, Kapri Trendvoçinq Festivalı çərçivəsində tədqiqatlar, xəstəlik tarixçəsi, seminarlar və açıq mühazirələr vasitəsilə gələcəyin eskizləri hazırlanmışdı.

Kapri Fondu fəaliyyətinin beş illiyinə həsr olunan Kapri Trend adlı ilk sərgisini beş müxtəlif ölkədə təqdim edəcəkdir.

Sərgidə məhşur italyan fotoqraflarının - Ferdinando Skianna, Olivo Barbyeri, Mauritsio Qalimberti, Françesko Codise, İrene Kung əsərləri nümayiş olunur.

Sərgidə 30-a yaxın foto əsər təqdim olunacaq. Onlar Kaprinin mədəniyyəti və gözəlliyini xaricdə tərənnüm edən müəllif yanaşması və müasir baxışı təbliğ edir.

Sərgi 31 may 2014-cü ilə qədər davam edəcək.