Xalq artisti: "Beynimə gedən qan dövranı zəifləyib"

Day.Az представляет новость на азербайджанском языке.

"Ev şəraitində müalicə olunuram. Yəni dərman, iynə, sistemdən istifadə edirəm".
 

Bunu modern.az-a açıqlamasında xalq artisti Arif Quliyev deyib. Onun sözlərinə görə, səhhətindəki problem qan dövranı ilə bağlıdır:

"Beyinə gedən qan dövranı zəifləyib. Ötən ilin dekabr ayında Türkiyədə əməliyyat olunmuşam. Ona görə həkim icazə verməsə, fəaliyyətimi davam etdirməyəcəm".
 

Xalq artisti deyir ki, sənət dostlarından çoxu onun ziyarətinə gəlib: "Düzü, gəlməklərini istəmirəm müalicə olunuram. Ən çox gələnlər Ramiz Əzizbəyli və İlham Namiq Kamaldır".

Gülüş ustası yenə də zarafatından qalmır: "Yasamalda istirahətdəyəm. Sonra artıq fəaliyyətə başlayacağam. Yeni mövsümdə öz satira teatrımda tamaşa hazırlamağa başlayacağam. "Alış və Malışın sərgüzəştləri"ni tamaşaya qoyacağam.