Azdrama yeni mövsümə ulduzlarla başlayacaq

Day.Az представляет новость на азербайджанском языке.

Akademik Milli Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 18-də xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında hazırlanmış "Qarabağnamə" tamaşası ilə açacaq.
 

Milli.Az xəbər verir ki, teatrdan APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
 

Tamaşada xalq artistləri İlham Əsgərov, Rafiq Əzimov, Səidə Quliyeva, Firəngiz Mütəllimova, Ramiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Mirzə Ağabəyli, Vəfa Rzayeva, aktyorlar Şəhla Əliqızı, Sərdar Rüstəmov, Anar Heybətov və başqaları çıxış edəcəklər.