“Xaçmazım” klipinin təqdimatı keçirildi - VİDEO - FOTO

Azərbaycanın xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi "Xaçmazım" mahnısına çəkilmiş klipin təqdimat mərasimi baş tutub.

Klip ictimaiyyətə adəti üzrə paytaxtda deyil, Xaçmazda təqdim olunub. Regionda ilk dəfə həyata keçirilən layihə Regional Televiziyaya məxsusdur.

Mahnının ifaçısı xalq artisti Gülyanaq Məmmədova rejissor və klipin yaradıcı heyətinin işindən razı qaldığını bildirib. Xaçmaz rayonundan bəhs edən musiqini sevə-sevə ifa etdiyi qeyd edib.

Klipin rejissoru Dəyanət Rzayev çəkiliş prosesində məkan seçimi zamanı çox vaxt itirmədiyini bildirib, şəhərin abad görkəmi klipə vizual baxımdan bir sıra özəlliklər qatdığını vurğulayıb.

Mahnının sözləri Vahid Əzizə, musiqisi Tahir Əkbərə məxsusdur. Klip 4 gün ərzində Xaçmaz şəhərinin müxtəlif ərazilərində lentə alınıb. Klipdə yer alan səhnələr rayonun tarixi abidələri, diqqət çəkən tikililəri və istirahət məkanlarnda çəkilib.

Klipin çəkiliş prosesi və motivi haqqında bir sıra media qurumları məlumat təqdim edib.

Təqdimat mərasimindən sonra klip ölkənin müxtəlif kütləvi informasiya vasitələrində yayımlanacaq.


Videonu izləmək üçün şəklə klikləyin:

фото


Böyütmək üçün şəkillərə klikləyin.