Azərbaycanlı müğənni: "Həyat yoldaşım yazı yaza bilmir"

Day.Az представляет новость на азербайджанском языке.

Tanınmış müğənni Yusif Mustafayev həyat yoldaşı ilə bağlı maraqlı açıqlama verib.

Lent.az-ın məlumatına görə, bu gün ANS telekanalında verilişlərdən birində qonaq olan müğənni deyib ki, həyat yoldaşı hərf yaza bilmir: "35 ildir ki, evliyəm, öz kəndimizdən qohumumla ailə qurmuşam. Həyat yoldaşım adi "j" hərfini yaza bilmir".

Müğənni əlavə edib ki, xanımı 6-cı sinifədək təhsil alıb və onun təhsilli olmamasından heç bir narahatlıq keçirmir.