Xalq artisti ölüm xəbərindən danışdı - VİDEO

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Ağaxan Abdullayev onun haqqında yayılan ölüm xəbərindən danışıb.
 

Milli.Az ATV.az-a istinadən məlumat verir ki, xəbəri eşidib təəccüblənən xalq artisti fikirlərini "ATV maqazin" verilişində açıqlayıb: "Söz-söhbət yayıldı, şükür Allaha məni gördülər və ürəkləri sakit oldular.

İstəyirlər ömrümü uzatsınlar. Həmin gün gecə saat 3-ün yarısı Mətanət Əsədova mənə zəng etdi və səsimi eşidən kimi ağladı. Amma heç nə demədi. İnternetdə demə kimsə yazıb. Dünyanın hər yerindən zənglər gəlirdi. Gördüm yata bilməyəcəm, telefonu söndürüb yatdım. Ailəm də çox narahat oldu. Bu, mənim üçün böyük imtahan oldu. Bildim xalqım məni nə qədər çox sevir".

Videonu izləmək üçün şəkilə klikləyin.

фото