Kubra Dadaşovadan xəbər var Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Kubra Dadaşova uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkir. Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bir müddət öncə aktrisa Leyla Şıxlinskaya adına klinikada əməliyyat olunaraq evə buraxılıb.

Hazırda K.Dadaşova dövlət xəstəxanalarından birində təmənnasız olaraq müalicəsini davam etdirir. Teatrın rəhbərliyi başda olmaqla, kollektiv nümayəndələri və aktrisanın həmkarları mütəmadi olaraq aktrisaya baş çəkərək dəstək olurlar.

Teatrın direktoru Mübariz Həmidov aktrisanı 8 mart - Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edərək bildirib ki, ümid edirlər ki, sevimli aktrisamız tez bir zamanda sağalaraq teatra qayıdıb maraqlı obrazlarla tamaşaçılarını yenidən sevindirəcək.
 

Bəzi kütələvi informasiya vasitələrində Gənc Tamaşaçılar Teatrının aktrisası Təhminə Məmmədovanın əməkdar artist Kubra Dadaşovanın qızı olduğu göstərilib. Lakin gənc aktrisa K.Dadaşovanın, sadəcə, yaxın rəfiqəsi və həmkarıdır.