Xalq artistinin doğum günüdür

Day.Az представляет новость на азербайджанском языке:

Bu gün qocaman teatr və kino aktyoru, respublikanin xalq artisti Məhəmməd Bürcəliyevin doğum günüdür.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Məmməd Bürcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olub. Onun "Yadigar" pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş "Müasir dramaturqların əsərlərinə baxış" festivalında 3-cü dərəcəli mükafata layiq görülüb.

Həmçinin M.Bürcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifidir.