Əli və Ninonun nadir fotosu üzə çıxdı - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

"Əli və Nino" romanının qəhrəmanlarının tarixi fotoları üzə çıxıb.

Publika.az xəbər verir ki, foto ilk dəfə "Facebook"dakı "Köhnə Azərbaycan" səhifəsində paylaşılıb. Fotodaki şəxslərin Əli və Ninonun prototipi olduğu iddia edilir.

Müsəlman olan kişinin adı Əlipaşa Əliyev, qızın adı isə Aleksandra olub. Fərq budur ki, onların Tamara adlı qızları da varmış. Ailə üzvlərini bolşeviklər qətlə yetirib. Bütün bunlar romanla oxşarlıq təşkil edir. "Əli və Nino" romanının başlıca müəllifi azərbaycanlı yazıçı və dövlət xadimi Yusif Vəzir Çəmənzəminlidir (1887-1943). Azərbaycan Yazıçılar Birliyi 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin Y.V.Çəmənzəminli olduğunu təsdiq edib.
 

Böyütmək üçün şəkilə klikləyin: