Azərbaycanlı aktrisa Türkiyəyə köçür

Day.Az представляет статью на азербайджанском языке:

Aktrisa-modelyer Gülsara qardaş ölkəyə köçmək qərarına gəlib.
 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyə mediası yazıb.
 

"Ucankus.com"da yer alan xəbərdə bildirilib ki, Gülsara fəaliyyətinə orada davam edəcək:
 

"Ölkəsi Azərbaycanda bir çox filmlərdə rol alan stil ikonası Türkiyəyə köçür. Eyni zamanda bir vaxtlar Azərbaycan gözəli seçilən Gülsara karyerasına İstanbulda davam edəcək. Aldığı film təkliflərini dəyərləndirən aktrisa bir müddətdir ki, İstanbuldadır. Xəyalındakı serialda rol almaqla bağlı danışıqlar aparan Gülsara açıqlamasında: "Yeni mövsümdə bir sürprizim olacaq", deyib".
 

Qeyd edək ki, Gülsara "Follow me" layihəsi ilə məşhur olan Murad Osmanın toyunun təşkilatçısı olub. O, türkiyəli ifaçı Ziynət Sali ilə birlikdə toya həsr olunan mahnını ifa edib, klip çəkdirmişdi.