Xalq şairi: "Bu hadisə məni göz yaşımda boğdu"

Day.Az представляет статью на азербайджанском языке:

Bir müddət öncə səhhətində problemlər yaşayan xalq şairi Nəriman Həsənzadə səhhətinin yaxşılaşdığını deyib.

Publika.az-a açıqlama verən şair başının yaradıcılığa qarışdığını bildirib:

"Yaxın günlərdə oxucularımı sevindirəcəyəm. Yeni bir poema üzərində işləri yekunlaşdırmaq üzrəyəm. Bir ildən artıqdır ki, "Seyid Nigari türbəsi" adlı əsər üzərində işləyirəm. Bu poemanın yazılmasında rastlaşdığım bir hadisənin təsiri böyükdür. Bir il öncə Amasiyada olarkən Seyid Nigari türbəsini ziyarət etdim. O türbə uçulub-sökülmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma bir xeyriyyəçi xanımın köməkliyi ilə yenidən bərpa olundu. Açılışda mən də vardım. Bu hadisə məni göz yaşıma boğdu, çox təsirləndim, elə orada qərar verdim ki, bir poema yazacağam".

Xalq şairi onu da bildirib ki, poema yaxın günlərdə oxucularının ixtiyarına veriləcək.