Məşhur türkiyəli aktrisa dünyasını dəyişdi Day.Az представляет новость на азербайджанском языке.

Türk kinosunun məşhur aktrisalarından biri olan Pervin Par vəfat edib. ANS PRESS-in məlumatına görə, 76 yaşlı aktrisa müalicə olunduğu İzmir şəhəri "9 eylül" universiteti tibb fakultəsinin xəstəxanasında dünyasını dəyişib. 2 ildir xəstəxanada leykemiya ilə mübarizə aparan aktrisa Pervin Par bu gün Çeşme rayonunda "Hacı Raziye Onur" məscidində əsr namazından sonra qılınacaq cənazə namazından sonra Dalyan məzarlığında dəfn olunacaq.

Kino həyatına 17 yaşında başlayan aktrisa ilk dəfə 1957-ci ildə "Bir ovuc torpaq" filminə çəkilib. Başda "Qanun naminə", "Hüdudların qanunu", "Fəqir qızın romanı" və s. olmaqla 20 ildə 70-də çox filmdə çəkilib. 1977-ci ildə "Çırılçılpaq" filmi ilə aktrisalıq həyatını başa vuran Par İzmirdə çiçəkçi mağazası açaraq həyatını bu şəkildə davam etdirib.

Xatırladaq ki, 2015-ci il Türkiyənin siyasət, sənət, şou-biznes dünyasında böyük itkilərlə yadda qalıb.

Allah rəhmət eləsin!
Нажмите на видео для просмотра:

фото