Tanınmış aktyor: "Görməmişəm ki, hansısa xanəndə kiminləsə dava etsin"

Day.Az представляет новость на азербайджанском языке:

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyev musiqi zövqündən danışıb.
 

Publika.az-a açıqlama verən aktyor heç vaxt şou-biznesdə fəaliyyət göstərən müğənniləri dinləmədiyini bildirib:

"Bu gün şou-biznesdə olan müğənnilər səsdən çox, qalmaqalları ilə gündəmə gəlirlər. Onlarınkı odur, elə qalmaqal etsinlər, bir-birinin ünvanına təhqirlər söyləsinlər. O qədər özlərini gözdən salıblar ki, mahnılarını da dinləmək istəmirəm. Mənimki klassik musiqilər və muğamlarımızdır. Dinləyib zövq alıram.
Hələ bir dəfə görməmişəm ki, hansısa xanəndə kiminləsə dava etsin. Çünki sənətlə gündəmə gəlirlər və qalmaqala ehtiyacları yoxdur".