Akademik Milli Dram teatrının yeni baş rejissoru danışdı

Day.Az представляет новость на азербайджанском языке:

Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunan Xalq artisti, tanınmış rejissor Azər Paşa Nemətov vəzifəsindən danışıb.

O, AzNews.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə Akademik Milli Dram Teatrında mövsüm açılışı ilə bağlı mətbuat konfransı keçiriləcək:

"Vəzifəmlə, görəcəyim işlərlə bağlı hələ danışa bilmərəm. İndi gəlib oturmuşam, qoyun özümə gəlim? sonra... Mən sözümü mətbuat konfransında deyəcəyəm. Konfransın vaxtı yaxın günlərdə açıqlanacaq".

Azər Paşa Nemətov onu "Azdrama"ya bədii rəhbər təyin edilməsi ilə bağlı təbrik edənlərə təşəkkürünü bildirib.

Xatırladaq ki, Azər Paşa Nemətov Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına bədii rəhbər və baş rejissor təyin edilib. Onu da qeyd edək ki, Azər Paşa Nemətov həm də Teatrlar İttifaqının sədridir.