Aktrisanın nişanlanma xəbəri yalan çıxdı

Day.Az представляет новость на азербайджанском языке.

Aktrisa Xuraman Əlizadə nişanlanma xəbərinə aydınlıq gətirib. 

Axşam.az-ın məlumatına görə, o, "Hər şey daxil" verilişində xəbərin yalan olduğunu bildirib:

"Bir yaxınım zarafatla deyib ki, "Xuramanın nişanlısıyam". Bu da aləmə yayıldı. Əgər elə bir şey olsaydı, sevinə-sevinə deyərdim. İndi subayam".

Əməliyyat olunan X.Əlizadə artıq çəkidən xilas olmağa çalışdığını deyib:

"Durduğum yerdə qəfildən ağrılar başladı. Gətirdilər xəstəxanaya, iynələr vuruldu. Amma ağrı kəsmədi, öd daşımdan əməliyyat olundum. Əməliyyatdan sonra 5 kiloqram arıqladım.

Burada təbii yolla artıq çəkidən xilas olmağıma söz verdilər. 140 kiloqramam. 40 kiloqram çəki atmaq istədi".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.