"Məndən fonoqramla oxumağımı istəyirlər deyə, belə edirəm"

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Baloğlan Əşrəfov şou-proqramlara getməməyinin səbəbini açıqlayıb. 

Axşam.az-ın məlumatına görə, müğənni "Hər şey daxil" verilişində buna fonoqramla oxumağın səbəb olduğunu bildirib:

"Yeni il günü heç bir dəvəti qəbul etmirəm. Telekanallara çıxırsan istər-istəməz fonoqram oxuyursan. Amma restoranda gedib, o qədər insan qarşısında fonoqramla oxumağa razılaşmaram.

Həm də dekabrın 31-də böyük oğlumun ad günüdür. Onu heç nəyə dəyişmərəm. Neçə illərdi belədir. Məndən fonoqramla oxumağımı istəyirlər deyə, belə edirəm. Şou-proqrama getməyim mümkün deyil".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.