Elnarə Abdullayeva:

Day.Az представляет новость на азербайджанском языке

"Fəaliyyətimə başladığı ilk illərdən prodüserlə tanınmamışam". 

Bu sözləri Teleqraf.com-a əməkdar artist Elnarə Abdullayeva deyib: "Yəqin ki,  prodüserin sənətçinin tanınmasında köməyi olar. Amma mən tanındıqdan sonra prodüser Asif Kərimovla işləməyə başladım və hazırda da işbirliyimiz davam edir.

Fevralda keçirilən konsertimi Asif Kərimov təşkil etdi. O musiqiçi olduğuna görə işləmək asandır. Mənimlə Asif həm musiqiçi, menecer, musiqi rəhbəri, həm də prodüser kimi işləyir. Yəni ki, hər şey bacarır. Mənə yazığı gəldiyinə görə bütün işlərimdə kömək edir. Yoxsa o  qədər işi heç bir insan üzərinə götürməz.

Konsertimdə oxumaqdan başqa heç nədən xəbərim yox idi. Bunu görməməzlikdən gəlmək böyük haqsızlıq olardı". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.