Xalq artisti: "Şişmanları işdən çıxarırdı"

Day.Az представляет новость на азербайджанском языке.

"Səhnə adamı hər zaman formasını saxlamalıdır. Bunun üçün yeməyinə-içməyinə diqqət etməlidir. Çünki səhnə estetikanı, gözəlliyi sevir".

Bu sözləri publika.az-a xalq artisti, tanınmış aktyor Rafiq Əzimov söyləyib.
 
Aktyor keçmişi xatırlayıb:
 
"Hələ sovet dönəmində aktyorlar, aktrisalar üçün Rusiyadan xüsusi təlimatlar göndərilirdi. Bu təlimatlar teatrda müzakirə olunurdu. Rəhbərlik bəzən şişmanları, formasını saxlaya bilməyən aktyor və aktrisaları işdən çıxarırdı. Təlimatlardan, xüsusilə aktrisalar əziyyət çəkirdilər. Buna görə də onlar formalarını saxlayırdılar. Hökumə Qurbanova yaşlı vaxtında Kleopatranı elə oynayırdı, elə bilirdin, cavan qızdır. Bədən forması o qədər gözəl idi ki... Rejissor Mehdi Məmmədov həmin dövrdə aktrisaları bir gül çələnginə bənzədirdi".
 
Maraqlıdır, xalq artisti illər keçməsinə baxmayaraq, formasını necə saxlayıb?
 
"Evimdə tərəzi var, çəkimi yoxlayıram. İllərdir ki, 70 kilodan nə artıq, nə də əskik oluram. Piyada çox gəzirəm, yeməyimə fikir verirəm. Qara çörəkdən istifadə edirəm. Bəzən toylarda insanların hər yeməkdən yediyini görəndə dəhşətə gəlirəm. Belə olan halda, formanı necə saxlamaq olar? Söhbət həm də sağlamlıqdan gedir. Onu da deyim ki, mən mütəmadi həkim müayinəsindən də keçirəm", - aktyor belə cavab verib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.