Əməkdar artist buna görə xərçəng xəstəliyinə tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Kübra Əliyeva dünyasını dəyişən oğlu Raufdan danışıb.

Axşam.az-ın məlumatına görə, aktrisa "Sənətsevər" verilişində oğluna görə xərçəng xəstəliyinə tutulduğunu deyib:

"Bala dərdi ağırdı. Nə yaxşı ki, Allah mənə soyuqluq verdi və bu dərdə dözdüm. Onun dərdindən xərçəng xəstəliyinə tutuldum. O bu dünyada yaşaya bilmirdi. Uşaq vaxtı oğlum Raufu iki dəfə məndən almaq istədilər. Sumqayıtda bir ailə var idi, uşağı olmurdu. Deyirdi ki, "Ver biz saxlayaq". Bağçaya qoymuşdum, müdiri mənə yalvarırdı ki, "ver saxlayım, sən get oxu". Uşağımı ordan qaçırdım.

Üç balama da eyni tərbiyəni vermişəm. Bəzən deyirlər, qudurmuşluqdan pis yola düşüb. Heç vaxt artıq pulum olmayıb. Uşağımı zəhərləyiblər. Həmişə Raufa ölüm arzulayırdım. Onun mənə son sözü bu oldu: "Ana tarixi geri döndərmək olsaydı... Sən mənə həyat verdin, mən sənin həyatını məhv etdim". Ondan sonra dili tutuldu. Həmişə Allahdan istəyirdim ki, "Raufu məndən əvvəl al. O, mənsiz yaşaya bilməz". Allah bu istəyimi yerinə yetirdi".

Xatırladaq ki, 5 il öncə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakıda aptekə basqın etməkdə təqsirləndirilən Rauf Məmədov 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. R.Məmmədov Cinayət Məcələsinin 181-ci (quldurluq) və 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham olunmuşdu.

Onu da qeyd edək ki, Kübra xanım 5 il öncə daha bir övladını itirib. Onun kiçik oğlu da dünyasını dəyişib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.