Zəlimxan Yaqubun səhhəti pisləşdi

Day.Az представляет новость на азербайджанском языке

Xalq şairi Zəlimxan Yaqubun vəziyyəti kritikdir.

Publika.az-ın əldə etdiyi məlumata görə, xəstəxanada dializ alan şair artıq ev şəraitində dializ olunur.  
 
Bütün cəhdlərimizə baxmayaraq, xalq şairi ilə əlaqə saxlamaq mümkün olmayıb.
 
Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu şairin evdə dializ aparatına qoşulduğunu təsdiq edib.
 
Xatırladaq ki, xalq şairinin səhhəti hələ sentyabrdan pisləşib. Bir neçə gün Mərkəzi Klinik Xəstəxanasında müalicə olunan xalq şairi sonradan Almaniyaya gedib. Bu, müayinə məqsədilə olsa da, o, 1 aydan artıq həmin ölkədə qalıb. Həkimlərin qərarı ilə həmin ölkədə bir aya yaxın müalicə alan şair Bakıya qayıdandan sonra səhhəti daha da pisləşib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.