Azərbaycanda daha çox alınan avtomobillər: ilk beşlik və qiymətlər - SİYAHI

Day.Az представляет новость на азербайджанском языке.

"Mövsümlə əlaqədar olaraq hər zamankı kimi avtomobil bazarında durğunluq müşahidə olunur".

Bunu Modern.az saytına "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı hazırda avtomobil bazarındakı vəziyyəti şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, aprel ayının 1-dən idxala tətbiq olunan standartlar, həmçinin Mərkəzi Bankın qərarları maşın bazarında vəziyyəti bir qədər gərginləşdirib: "İndi əvvəlkinə nisbətdə vəziyyət stabilləşməyə doğru gedir. Amma yay olduğundan qiymətlər aşağı düşür".

R.Qasımlı deyib ki, ilkin avtomobil bazarında daha çox satılan avtomobillər sırasında Cənubi Koreyanın "KİA", Yaponiyanın "Toyota" və "Nissan", təkrar avtmobil bazarında isə uzun illərdən bəri üstünlüyünü qoruyub saxlayan "Mercedes" ilk sıradadır.

Ekspert Azərbaycanda müştərilərin daha çox maraq göstərdiyi avtomobillərin ilk beşliyini və onların qiymətlərini bu cür sıralayır:

"Mercedes" - 12 min manatdan başlayır, ilkin avtomobil bazarında isə qiyməti 200 min manata çatır;
"Toyota" - 17 min manatdan başalayır, 75 min manata qədər davam edir;
"Hyundai" - 12 500 manatdan başlayır, qiymət 49 min manat civarında dəyişir;
"Nissan" - 14 min manat - 75 min manat;
"KİA" - 12 500 manat - 34 min manat.