DəmirBankdan tələbələrə dəstək!

Tələbələr üçün davamlı olaraq müxtəlif məhsul və xidmətlər təklif edən DəmirBank, 2014-cü ildə Azərbaycanın ali və orta ixtisas təhsili müəssəsisələrinə qəbul olmuş abituriyentlər üçün xüsusi aksiya hazırlamışdır.

"Təhsilli gənclər" adlanan aksiya çərçivəsində 0% komissiya və illik 20%-lə DəmirBankdan kredit əldə etməklə təhsil haqqlarının ödənişini həyata keçirmək mümkündür. Aksiyanın şərtlərinə görə təhsil xərclərini ödəyəcək şəxslər üçün kredit maksimum 7000 AZN-dək, 12 aydan 36 ayadək müddətə təqdim edilə bilər.

Aksiya 15 sentyabr 2014-cü il tarixinədək davam edəcək.

Ölkənin ilk kommersiya banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings agentliyinin "stabil" proqnozlu "B" və Planet Rating agentliyinin "pozitiv" proqnozlu "B" reytinqlərinə malikdir.