Yay bazarına qəfil qış gəldi Day.Az представляет новость на азербайджанском языке.

Bazarlarda məhsulların qiymətinin 2 dəfəyədək bahalaşmasına səbəb nədir?

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, avqust ayı olmasına baxmayaraq, bazarlarda meyvə-tərəvəzin qiyməti keçən ayla müqayisədə xeyli artıb. İndi qiymətin qalxması həm alıcıları, həm də satıcıları məyus edir. Qiymətlərin artması nə ilə əlaqədardır?

Bol məhsul vaxtı qiymətlərin münasib olmasına adət etsək də, avqust ayında gözlənilənlərin əksi baş verib. Vitrində alıcılarını gözləyən meyvə-tərəvəz indi təxminən 2 dəfə artıq qiymətə təklif olunur. Bahalaşma isə, daha çox pomidorun satışında özünü göstərir.

Alıcı: "Əvvəllər pomidoru 70-80 qəpiyə alırdıq, indi isə, 01.20 AZN-dir. Bir sözlə, qiymətlərdə artım var".

Bahalıqdan ən çox əziyyət çəkən isə əllərindəki mala alıcı tapmağa ümid edən satıcılardır.

Satıcı: "Pomidorun qiyməti 1 - 1,5 manata qalxıb. Ona görə də alıcılıq qabiliyyəti də azalıb. Əvvəllər alıcı da çox idi, satan da bilirdi ki, qazancı var, amma indi bahalıqdır".

Satıcı: "Keçən ay pomidoru 30-40 qəpiyə satırdıq, bolluq idi, ancaq alıcı tapılmırdı, hamı dağa istirahətə gedirdi. İndi də Rusiya ilə sərhəd açılıb deyə yaxşı mallar xaricə aparılır, qalanlarını isə burada satırıq".

Satıcılar bildirirlər ki, mövcud bahalaşma pomidorun Rusiya bazarlarına yol açması ilə bağlıdır. Qiymət artımı yalnız pomidorda deyil, həmçinin digər tərəvəz və meyvələrin qiymətində də özünü göstərir. Qeyd edək ki, Gəncə bazarına pomidor daha çox Şəmkir və Goranboydan gətirilir.