“Port Baku Mall” yeni brend mağazaların möhtəşəm açılış mərasimini keçirir - FOTO Bakıda yeni fəaliyyətə başlayan və brend mağazalardan, iaşə obyektlərindən ibarət olan "Port Baku Mall" yeni mağazalarının açılışı keçirir. Bununla əlaqədar olaraq ticarət mərkəzi noyabr ayının 29-da məhşur müğənni Mikayıl Rəfiyevin musiqi müşayəti altında bir sıra əyləncəli tədbirlər təşkil edir.

Qonaqları 15:00-dan18:00-dək The Entertainer oyuncaq mağazasında uşaqlar üçün əyləncə və şirniyyat dolu tədbir gözləyir, WHSmith mağazasında isə uşaqlar üçün kitab qiraəti və kapkeyklər təqdim olunacaq. Saat 17:00-da DJ Pancho-nun musiqi müşayəti altında TOPSHOP mağazasının açılışı keçiriləcək. Noyabr ayının 30-u səhər saatlarında etibarən isə Massimo Dutti-nin ikinci mağazası müştərilərini gözləyəcək.
 

"Port Baku Mall" eyni zamanda öz müştərilərini həftə sonu endirimi ilə də sevindirir. Belə ki, ticarət mərkəzi noyabr ayının 29-dan etibarən başlayan və 3 gün davam edəcək endirim kampaniyası çərçivəsində, Emporium mağazasında çanta və ayaqqabılara, Emporio Armani, RED Valentino, Max&Co, Diesel mağazalarında üst geyimlərə, St. John-da ziyafət geyimlərinə, Tory Burch-da çanta, ayaqqabı və aksesuarlara, Next mağazasında bütün uşaq kolleksiyasına 30% endirim təqdim edir.
 

"Port Baku Mall" ticarət mərkəzi irimiqyaslı "Port Baku" kompleksinin bir hissəsidir. Kompleksə həmçinin "Port Baku Residence" yaşayış kompleksləri və "Port Baku Towers" biznes mərkəzi daxildir.

Böyütmək üçün şəkillərə klikləyin.