Avtonəqliyyat xidməti göstərənlər üçün vergi necə hesablanır Day.Az представляет новость на азербайджанском языке.

"Fərqlənmə nişanı" olmadan sərnişin və ya yük daşınmasına görə 40 manat maliyyə sanksiyası tətbiq edilir. Bu barədə Vergilər Nazirliyində bildiriblər.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Bu şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş verginin vergitutma obyekti hesab olunur.

Sadələşdirilmiş verginin dərəcəsi Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün aylıq olaraq sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən olunur: Avtonəqliyyat xidməti göstərən şəxslər tərəfindən ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir. Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə, həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən "Fərqlənmə nişanı"nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.

Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliyyat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edildikdə isə vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxslər məsuliyyət daşıyır. Hüquqi şəxs özünə məxsus avtomobil nəqliyyatı vasitələri ilə daşımaları həyata keçirdikdə sadələşdirilmiş vergi onun tərəfindən ödənilməlidir. Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər.

Vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərinin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün heç bir haqq ödənilmədən "Xüsusi fərqlənmə nişanı" alınır. "Xüsusi fərqlənmə nişanı" vergi ödəyicisinin müraciətindən sonra 5 iş günü ərzində Nəqliyyat Nazirliyi tərəfindən verilir. Bu nişanı almış vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə digər məqsədlər üçün istifadə edərkən ən azı 1 iş günü əvvəl bu nişanı geri qaytarmalıdır.

Vergi ödəyicisi işçi heyətini və özünə məxsus yükləri daşımaq üçün yeni avtonəqliyyat vasitəsi aldıqda bu nəqliyyat vasitələri müvafiq qaydada qeydiyyata alındıqdan sonra 5 gün ərzində Nəqliyyat Nazirliyinə bu barədə müəyyən edilmiş formada məlumat təqdim edir. "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı" aşağı- dakı məlumatları özündə əks etdirir: vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və ya fiziki şəxsin adı, atasının adı, soyadı; vergi ödəyicisinin VÖEN-i; nişanın qüvvədə olma müddəti; avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı; avtonəqliyyat vasitəsində oturacaq yerlərinin sayı və daşıma digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında həyata keçirildikdə isə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) əmsal tətbiq edilmir.

Avtomobil nəqliyyatı vasitələrində (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yük götürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir. Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə həmin göstəricilər Daxili İşlər Nazirliyi tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir.

Oturacaq yerlərinin sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və ya Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda sadələşdirilmiş verginin məbləği yerlərin faktiki sayına görə müəyyən edilir. Sadələşdirilmiş verginin hesablanması qaydası və ödəmə müddəti Sadələşdirilmiş verginin ölçü vahidini verginin aylıq məbləğinə və daşımanın həyata keçirildiyi ərazidən asılı olaraq müəyyən edilmiş əmsala vurmaqla hesablanılır və dövlət büdcəsinə ödənilir.

Məsələn: Oturacaqlarının sayı 17 ədəd olan mikroavtobusunuzla Bakı şəhərində sərnişin daşınmasını həyata keçirirsiniz.

Bu zaman ödəyəcəyiniz verginin aylıq məbləği aşağıdakı kimi hesablanacaq:

Oturacaqların sayı 17 ədəd olduğundan sadələşdirilmiş verginin aylıq məbləği 17 x 1,8 = 30,6 manat olacaq və Sizin fəaliyyətiniz Bakı şəhərində həyata keçirildiyindən ödəyəcəyiniz sadələşdirilmiş verginin aylıq məbləği 30,6 x 2 = 61,2 manat olacaq.

Bundan sonra vergi ödəyicisi təqvim ayının sonunadək ərizə ilə birlikdə sadələşdirilmiş verginin tam məbləğdə ödənilməsini təsdiq edən bank ödəniş sənədini Nəqliyyat Nazirliyinə təqdim etməklə öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" alır.

Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. "Fərqlənmə nişanı" vergi ödəyicisinin ərizəsinə əsasən 2 iş günündən gec olmayaraqverilir. Sadələşdirilmiş verginin məbləği sərnişin və yük daşınmasının həyata keçirildiyi ərazidən asılı olaraq yuxarıdakı cədvəldə göstərilmiş vergi məbləğinə xüsusi əmsallar tətbiq etməklə müəyyən edilir.

Belə ki, daşımalar Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında həyata keçirildikdə bu əmsal 2-yə, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri istisna olmaqla) həyata keçirildikdə 1,5-ə bərabər olur.

"Fərqlənmə nişanı" olmadan avtonəqliyyat vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Avtosfer.az